UEFA avrokuboklarda iştirak edən klublar üçün əməkhaqqı və transferlər üzrə büdcə həddini tətbiq etməyi düşünür.
Arena.az bu haqda “The Washington Post”a istinadən xəbər verir.
Mənbədən alınmış məlumata görə müvafiq tədbir Avropa yarışlarında oynamaq hüququ olan klublara təsir edə bilər.
UEFA prezidenti Aleksander Çeferinin bu xüsusda fikirlərini diqqətinizə çatdırırıq:
“Biz tükənməz resurslara malik iki və ya üç klubun 5-10 milyard büdcəyə çatmasını istəmirik. O halda rəqabət maraqlı olmayacaq.
Demək olar ki, danışıq apardığım bütün klublar bununla razıdırlar. Biz hər hansı bir həll yolundan uzağıq, bu barədə yalnız düşünürük”.
Xatırladaq ki, bir il əvvəl UEFA artıq bu istiqamətdə müəyyən tədbirlər görüb: klublara gəlirlərinin yalnız 70%-ni (üstəlik, oyunçuların satışından əldə olunan gəlir) maaşlara, transferlərə və agent haqlarına xərcləməyə icazə verilib. Bu qayda maaşı 30 milyon avrodan çox olan Avropa yarışlarında iştirak edənlərə şamil edilirdi.


