UEFA “Antverpen” – “Şaxtyor” oyununda təcili tədbirə əl atıb

UEFA, Çempionlar Liqasının qrup mərhələsinin “Antverpen” – “Şaxtyor” oyunu (2:3) ərəfəsində oyun müfəttişini təcili əvəzləyib.

Arena.az bu barədə açıq internet-mənbələrindən məlumat əldə edib.

UEFA, Rusiya Futbol İttifaqının (RFS) Hakimlər Departamentinin rəhbəri Milorad Majiçi sözügedən oyuna təyinatdan təcili surətdə kənarlaşdırıb.

Müvafiq qərara Ukrayna Futbol Assosiasiyası (UAF) və Ukraynanın “Şaxtyor” Futbol Klubunun, Rusiya Futbol İttifaqının Hakimlər Departamentinin rəhbərinin sözügedən oyuna təyinatdan kənarlaşdırılması tələbi səbəb olub.

Majiç demək olar ki, oyunun keçiriləcəyi məkana çathaçatda, yolda ona əvəz edilməsi haqda məlumat verilib. Majiçin yerinə Nidrlanddan təcili surətdə Yan Vilem Veqeref özünü oyuna çatdırıb.

Xatırladaq ki, Milorad Majiç bu yay Rusiya Futbol İttifaqının Hakimlər Departamentinə rəhbər təyin edilib. Majiç dəyişikliklər etməyi və Rusiya futbol hakimliyini daha da yaxşılaşdırmağı söz verib. Serb mütəxəssis Rusiya Futbol İttifaqı ilə müddəti daha bir il uzadılmaq imkanı ilə iki il müddətində müqavilə imzalayıb.

Serb hakim 2014-cü və 2018-ci il dünya çempionatlarında, 2016-cı il UEFA Super Kubokunda, 2017-ci il Konfederasiyalar Kubokunun finalında və 2017/2018 Çempionlar Liqasının finalında çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: