AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Arena.az xəbər verir ki, o, gələn həftə Avropa Konfrans Liqasında iş başında olacaq.
Belə ki, Könül Mehdiyeva Avstriyada yerli “Rapid” və İsveçin “Yurqorden” komandaları arasında təşkil ediləcək cavab matçına UEFA nümayəndəsi kimi təyinat alıb. Görüş aprelin 17-də Vyanada təşkil olunacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandaların ilk qarşılaşması isə bu ün İsveçdə keçiriləcək.
Qeyd edək ki, Mehdiyeva bu təyinatla ilkə də imza atıb. Azərbaycandan olan nümayəndə ilk dəfə UEFA turnirlərində 1/4 final mərhələsinin oyununa təyinat alıb.



