UEFA 2024/2025-ci illər mövsümünün başa çatması ilə bayrağı altında birləşdirdiyi klubların yeni reytinqini açıqlayıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən məlumat verir ki, siyahının zirvəsində 143500 balla İspaniya nəhəngi Madrid “Real”ı qararlaşıb.
“Mançester Siti” 137750 balla 2-ci, Almaniya nəhəngi “Bayern”i isə 135250 balla 3-cü pillədə yer alıblar.
Klubların yenilənmiş UEFA reytinqindəki ilk onluğunu təqdim edirik:
- “Real” (İspaniya) – 143500 bal;
- “Mançester Siti” (İngiltərə) – 137750 bal;
- “Bayern” (Almaniya) – 135250 bal;
- “Liverpul” (İngiltərə) – 125500 bal;
- PSJ (Fransa) – 118500 bal;
- “İnter” (İtaliya) – 116250 bal;
- “Çelsi” (İngiltərə) – 109000 bal;
- “Borussiya” (Dortmund, Almaniya) – 106750 bal;
- “Roma” (İtaliya) – 104500 bal;
- “Barselona” (İspaniya) – 103250 bal.
Azərbaycan klublarının da mövsümün yekun reytinq mövqeləri bəlli olub. Ən yaxşı göstərici ölkə çempionu “Qarabağ”a məxsusdur. Ağdam klubu 32000 reytinq balı ilə 69-cudur.
Digər klublarımızın mövqeləri belədir:
- Neftçi – 8000 bal;
- Zirə – 4000 bal;
- Sabah – 4000 bal;
- Sumqayıt – 4000 bal;
- Qəbələ – 3925 bal;
- Şamaxı – 3925 bal;


