Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 4-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 10 qarşılaşma baş tutacaq.
A Liqasında Xorvatiya İspaniyanı, İngiltərə isə Çexiyanı qəbul edəcək. B Liqasının Şotlandiya – Sloveniya matçına da maraq böyükdür.
Qeyd edək ki, bu gün keçiriləcək oyunlardan sonra turnirdə bir aylıq fasilə yaranacaq. UEFA Millətlər Liqasında növbəti oyunların noyabr ayında keçirilməsi nəzərdə tutulub.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
6 oktyabr
A Liqası, 3-cü qrup
22:45. Xorvatiya – İspaniya
22:45. İngiltərə – Çexiya
Xallar: İspaniya – 9. İngiltərə – 6. Xorvatiya – 3. Çexiya – 0.
B Liqası, 1-ci qrup
22:45. İsveçrə – Şimali Makedoniya
22:45. Şotlandiya – Sloveniya
Xallar: İsveçrə – 9. Sloveniya – 4. Şotlandiya – 4. Şimali Makedoniya – 0.
C Liqası, 1-ci qrup
22:45. Albaniya – San-Marino
22:45. Belarus – Finlandiya
Xallar: Finlandiya – 7. Albaniya – 6. Belarus – 4. San-Marino – 0.
C Liqası, 3-cü qrup
18:00. Qazaxıstan – Farer adaları
22:45. Moldova – Slovakiya
Xallar: Slovakiya – 7. Moldova – 4. Farer adaları – 3. Qazaxıstan – 1.
C Liqası, 4-cü qrup
22:45. Lüksemburq – Bolqarıstan
22:45. Estoniya – İslandiya
Xallar: İslandiya – 7. Estoniya – 5. Lüksemburaq – 3. Bolqarıstan – 1.


