Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 4-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
Turun mərkəzi matçlarında A Liqasının 1-ci qrupunda Fransa Belçikanı, İtaliya isə Türkiyəni qəbul edəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna oktyabrın 6-da yekun vurulacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
5 oktyabr
A Liqası, 1-ci qrup
22:45. Fransa – Belçika
22:45. İtaliya – Türkiyə
Xallar: Fransa – 7. Belçika – 6. İtaliya – 4. Türkiyə – 0.
B Liqası, 2-ci qrup
22:45. Ukrayna – Macarıstan
22:45. Şimali İrlandiya – Gürcüstan
Xallar: Şimali İrlandiya – 7. Ukrayna – 4. Macarıstan – 4. Gürcüstan – 1.
B Liqası, 4-cü qrup
22:45. Rumıniya – İsveç
22:45. Bosniya və Herseqovina – Polşa
Xallar: İsveç – 7. Bosniya və Herseqovina – 5. Polşa – 4. Rumıniya – 0.
C Liqası, 2-ci qrup
20:00. Kipr – Latviya
22:45. Monteneqro – Ermənistan
Xallar: Monteneqro – 9. Kipr – 4. Ermənistan – 3. Latviya – 1.


