Edqar Adilxanov əsas millini U-21-ə dəyişdi

“Şamaxı”nın yarımmüdafiəçisi Edqar Adilxanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-21) düşərgəsinə qoşulub.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, son günlərə kimi əsas milli komandamızın düşərgəsində olan “Şamaxı”nın futbolçusu U-21 yığmamızın düşərgəsinə dəvət edilib. O, bundan sonra gənclərdən ibarət millinin qarşıdakı oyununa hazırlıqda iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanın U-21 yığmasını qarşıda 21 yaşadək futbolçular arasında Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsi çərçivəsində Cəbəllüttariqlə ev oyunu gözləyir. Bu, millimizin yer aldığı B qrupundakı sonuncu matçıdır. Oktyabrın 6-da “Masazır Arena”da keçiriləcək bu görüşə saat 17:45-də start veriləcək. 21 yaşlı Edqarın da məhz bu oyunda millimizə kömək etməsi nəzərdə tutulub.

Edqar Adilxanov əsas yığmamızın heyətində olduğu dövrdə Tacikistanla yoxlama oyununda 27 dəqiqə meydanda olub. O, UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə ev oyununda da 15 dəqiqə şans qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: