Cud Bellingem 33 il əvvəlki rekordu təkrarladı

Cud Bellingem İngiltərə millisinin heyətində bir oyunda 4 və daha çox məhsuldar hərəkət edən son 33 ildə ilk yarımmüdafiəçi olub.

Arena.az xəbər verir ki, İngiltərə millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Xorvatiya yığmasını 7:0 hesabı ilə məğlub edib.

Oktyabrın 3-də Riyekada keçirilmiş qarşılaşmada İngiltərənin yarımmüdafiəçisi Cud Bellingem komandasının böyükhesablı qələbəsində mühüm rol oynayıb. O, bir qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.

“Opta”nın məlumatına görə, Cud Bellingem son 33 ildə İngiltərə millisinin heyətində bir oyunda 4 və daha çox məhsuldar hərəkətə imza atan ilk yarımmüdafiəçi olub.

Bundan əvvəl bu göstəriciyə 1993-cü ilin fevralında Devid Platt nail olub. O, San-Marino ilə oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: