Ukrayna avrokuboklarda son 16 ilin ən pis nəticəsinə imza atdı

Ukrayna çempionu “Şaxtyor” (Donetsk) ötən gecə Avropa Liqasının 1/16 final mərhələsində Marsel “Olimpik”inə 1:3 hesabı ilə məğlub olub.

Arena.az məlumat verir ki, iki oyunun nəticəsinə görə (ilk oyun: 2:2) Fransa nəhəngi növbəti mərhələyə adlayıb.

Beləliklə, avrokubokların cari mövsümündə heç bir Ukrayna komandası qalmayıb.

Bütün mövsüm ərzində Ukrayna klubları UEFA-nın əmsallar cədvəlində 4,100 xal toplayıblar. Bu, ukraynalılar üçün 2007/2008 mövsümündən bəri ən pis nəticədir.

Beləliklə, sözügedən ölkə UEFA-nın əmsallar cədvəlində 18-ci yerdə qalmaqda davam edəcək və bu səbəbdən 2025/2026 mövsümündə Ukrayna avrokuboklarda 5 deyil, 4 klubla təmsil ediləcək. Bu, avrokubok payının azaldılmasına uyğun olaraq baş verəcək. Konkret olaraq UEFA Çempionlar Liqasında ukraynalılar 2 yox, yalnız 1 klubla təmsil olunacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: