Ukrayna – Azərbaycan matçı avstriyalı hakimə tapşırıldı

Futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna – Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşmanı avstriyalı hakimlər idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Sebastyan Qişamer olacaq. Ona yan xətt hakimləri Yorgen Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək. VAR-da Manuel Şuttenqruber, AVAR-da isə Kristian-Petru Çokirka əyləşəcəklər.

Xatırladaq ki, Ukrayna – Azərbaycan oyunu oktyabrın Polşanın Krakov şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Millimiz bu seçmə mərhələdə Ukrayna yığmasına qarşı ilk oyununu Bakıda keçirib. Həmin oyunda qalib müəyyənləşməyib – 1:1. Digər oyunlarda isə millimiz İslandiyaya 0:5, Fransaya 0:3 hesabıyla uuzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: