Unai Emeri Avroliqada “Ayaks” üzərində qələbədən danışdı

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Avropa Liqasının 1/8 finalının “Ayaks”la cavab oyunu haqda fikirlərini paylaşıb.

Arena.az xatırladır ki, səfərdə ilk oyundan “quru” hesabla (0:0) ayrılmış “Aston Villa” evdə Niderland nəhənginə 4:0 hesabı ilə qalib gələrək, yarışın 1/4 finalına vəsiqə qazanıb.

“Mən xoşbəxtəm. Çox yaxşı oynadıq və planlaşdırdığımızı etdik. Biz öz oyunumuzu ortaya qoyduq və rəqibi xaltada saxladıq. Müsbət qüvvə ilə oynadıq. Əlbəttə, qırmızı vərəqədən sonra işimiz asanlaşdı, amma düşünürəm ki, birinci hissədə də yaxşı oynadıq.

Mən bütün rəqiblərimizə hörmət edirəm və daim nəsə öyrənmək istəyirəm. Avropada böyük uğurlar qazanmışam, indi isə burada da “Aston Villa”da uğur qazanmaq istəyirəm. Əlbəttə, biz kubok arzusundayıq, amma hələlik biz növbəti rəqibə baxırıq”, – Unai Emeri matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: