Upamekano “Latsio” ilə oyundan sonra irqçi təhqirlərə məruz qaldı

ÇL-in 1/8 finalının “Latsio”ya qarşı səfər oyunu “Bayern”in fransalı mərkəz müdafiəçisi Dayo Upamekano üçün xoşagəlməzliklərlə yadda qalıb.

Arena.az məlumat verir ki, “Latsio” ilə oyunda meydandan qovulmasından sonra futbolçu sosial şəbəkələrdə irqi zəmində təhqirlərə üzləşib.

“Bayern” klubun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən Upamekanoya dəstəyini nümayiş etdirib:

“Sosial şəbəkələrdə Dayoçankul Upamekanoya qarşı irqçi şərhlər sadəcə olaraq iyrəncdir. “Bayern” onları ən sərt şəkildə qınayır. Belə şərhləri yazmış ixtiyari kəs, klubumuzun azarkeşi deyil. Biz səni dəstəkləyirik, Upamekano!”, – “Bayern” rəsmi mövqeyini nümayiş etdirib.

Xatırladaq ki, irqçi qalmaqal oyunun bitməsilə təzahür edib. Oyunun 68-ci dəqiqəsində Dayo “Latsio”nun danimarkalı hücumçusu Qustav İsaksenə qarşı qaydanı pozub və oyunun fransalı baş hakimi Fransua Leteksye “Bayern”in qapısına penalti təyin edib. 69-cu dəqiqədə “nöqtə”yə yaxınlaşmış italyan hücum Çiro İmmobile dəqiq olub. Oyun “qartallar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan sonra irqçilər qurbanlıq olaraq Upamekanonu hədəf seçiblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: