PSJ bu yay heyətinə qatmağa nəzərdə tutduğu, “Barselona”nın fransalı vingeri Usman Dembele ilə müqaviləni ləğv etməyə yaxındır.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, PSJ rəhbərliyi Dembeleni mövsümün başlanmasından əvvəl komandaya cəlb etmək niyyətində idi. Ancaq nəzərdə tutulmuş müqaviləni yekunlaşdırmaq hələ də mümkün olmayıb. Bu işin tez bir zamanda icrası da müşkül görünür. Hazırda PSJ rəhbərliyi Dembelenin gələn yay ödənişsiz əsasda transferlə, azad agent qismində parislilərə qoşulacağına ümid edir.
Dembele “Barselona”da 2017-ci ildən çıxış edir. Fransalı hücumçunun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalımış 2022/2023 mövsümündə Dembele “Barselona”nın heyətində 35 oyuna çıxıb, 8 qol vurub, 9 məhsuldar ötürmə verib və İspaniya çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı Usman Dembeleni 60 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, PSJ Dembele ilə 5 il müddətinə müqavilə bağlamağı nəzərdə tutmuşdu.


