“Valensiya” azarkeşinin vəkili: “Vinisiusun tərbiyəsi yoxdur”

“Valensiya” azarkeşinin vəkili Manuel İskyerdo Madrid “Real”ının hücumçusu Vinisius Juniorun davranışını tənqid edib.

Arena.az “Superdeporte”yə istinadən İskyerdonun bu xüsusda sözlərini diqqətinizə çatdırır:

“Vinisiusun tərbiyəsi ilə bağlı problemləri var, özünü itaətsiz aparır. Burada problem irqçilik deyil”.

Xatırladaq ki, İspaniya çempionatının 35-ci turu çərçivəsində “Real”ın “Valensiya”ya qarşı səfər oyununda madridlilərin hücumçusu Vinisius Junior meydan sahiblərinin azarkeşləri tərəfindən dəfələrlə irqçi təhqirlərə məruz qalmışdı. Bu səbəbdən oyun ikinci hissədə yarımçıq qalıb. Oyundan sonra braziliyalı La Liqanı irqçiliyə görə tənqid edib, “Real” isə futbolçusunun təhqir olunması ilə bağlı prokurorluğa şikayət edib. Mayın 23-də, hadisədən sonra “Valensiya”nın üç azarkeşinin həbs edildiyi məlum olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: