“Valyadolid” darmadağın oldu, Sequndaya yuvarlandı

İspaniya La Liqasının 33-cü turunun “Betis”lə səfər oyunu “Valyadolid” üçün xoşagəlməz nəticə ilə uğursuz başa çatıb.

Arena.az məlumat verir ki, sözügedən komanda birinci hissənin sonlarında 1:1 hesablı bərabərliyi yaxalasa da, 64-cü dəqiqdən sonra 4 qol “yeməklə” heç-heçəni əldən verərək, darmadağın olub – 1:5.

Məğlubiyyət nəticəsində “Valyadolid” İspaniya La Liqasının cari mövsümündə Sequndaya yuvarlanmış ilk klub olub.

33 oyundan 16 xalla bu komanda İspaniya La Liqasının yarış cədvəlinin aşkar “qapazaltı”sıdır – 20-ci yer. “Pueselo” cari mövsümdə cəmi 4 qələbə və 4 heçə mənzərəsində La Liqanın 25 oyununda “kötəklənib”. Vurduğu 24 qol mənzərəsində isə 81 qol “yeyib”.

“Betis” isə 54 xalla 5-ci pillədə qərarlaşıb.

La Liqaya 76 xalla “Barselona” başçılıq edir.

Əlavə edək ki, “Valyadolid” rəhbərəliyi ilk növbədə uğursuz mövsümə və bərbad nəticələrə görə klubun azarkeşləri qarşısında üzrxahlıq məzmunlu bəyanatla çıxış edib, həmçinin bu acı mövsümün gələcək uğurlara müvəffəq olmaq üçün ibrət dərsi olacağını vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: