Vanda Nara Keyta Balde ilə əlaqəsini etiraf etdi

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin keçmiş həyat yoldaşı, model Vanda Nara seneqallı futbolçu Keyta Balde ilə əlaqəsini etiraf edib.

Arena.az “Lavoz” dərgisinə istinadən məlumat verir ki, bu barədə Vanda Naranın rəfiqəsi Estefaniya Berardi ictimai açıqlama verib.

Berardi açıqlamasıda Nara ilə Moskva “Spartak”ının keçmiş hücumçusu Keyta Balde arasında münasibət olduğunu bildirib:

“Mən Vanda ilə danışmışam və o, mənə hər şeyi danışıb. Bu, keçmişdə olub. O, mənə işlərin necə olduğunu söylədi. Nara mənə dedi: “Bəli, mən Keyta ilə görüşmüşəm. Bu, İkardi və Mariya Suaresin münasibətindən bir il sonra baş verib. O zaman biz birlikdə deyildik və mən kimsəyə hesabat verməli deyildim”.

Mənə dedi ki, o, təkcə Keyta ilə deyil, həm də bir çox başqa oğlanlarla münasibətdə olub. Fərq onda idi ki, bu, Keyta ilə olduğundan fərqli, ictimaiyyətə açıqlanmamışdı”, deyə Berardi vurulayıb.

Daha əvvəl Mauro İkardi ilə Vanda Naranın boşandığı haqda məlumat yayılıb. Argentinalı model həmvətəni olan futbolçunu münasibətləri pozmaqda ittiham edib. Hazırda “Sivasspor”da çıxış edən Balde isə 2023-cü ildə Moskva “Spartak”ında oynayarkən Vanda Nara ilə münasibətdə olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: