“Venesiya” İtaliya A Seriyasına yüksəldi

“Venesiya” və “Kremoneze” arasında İtaliya A Seriyasına vəsiqə uğrunda final görüşünün ikinci oyunu başa çatıb.

Arena.az məlumat verir ki, ilk oyunda səfərdə qolsuz heç-heçə ilə oynamış Venesiyanın eyniadlı təmsilçisi doğma meydanda keçirilmiş cavab oyununu 1:0 hesablı qələbə ilə başa vurub.

Beləliklə “Venesiya” 2024/2025-ci illər mövsümündə İtaliya A Seriyasında iştirak hüququ əldə edib.

İtalyan mütəxəssis Paolo Vanolinin yetirmələri 2023/2024-cü illər mövsümündə İtaliya B Seriyasında 70 xal toplayaraq 3-cü yeri tutmuşdu. Bu üzdən də komanda A Seriyasına yüksəlmək uğrunda ələmə oyunlarına vəsiqə qazanmışdı.

Xatırladaq ki, daha əvvəl A Seriyasının növbəti mövsümündə iştirak hüququnu B Seriyasının qalibi “Parma” və 2-ci yerin sahibi “Komo” əldə etmişdilər. Onlar elitanı tərk etmiş “Frozinone”, “Sassuolo” və “Salernitana”nı əvəz edəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: