“Verona” komandanın iki futbolçusunu cari qış transfer pəncərəsində icarə əsasında İtaliya klublarına göndərib.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
A Seriyası təmsilçisini italyan sağ cinah müdafiəçisi Davide Faraoni və syerraleoneli sağ vinger Yaya Kallon tərk ediblər.
Faraoni “Fiorentina”ya, Kallon isə “Bari”yə icarəyə verilib. Hər iki futbolçu cari mövsümün sonuna qədər icarədə olacaqlar. Transferlərin maliyyə təfərrüatı açıqlanmır.
Davide Faraoni “Latsio”nun yetirməsidir. Faraoni “İnter”, “Udineze”, “Uotford”, “Peruca”, “Novara” və “Krotone”də çıxış edib. Əksər hallarda Faraoni icarə müqavilələri əsasında oynayıb.
Cari mövsümdə Faraoni “Verona”nın heyətində 11 oyuna 1 məhsudlar ötürmə ilə fərqlənib.
Davide Faraoni İtaliya yığmasının əsas heyətinə hələ cəlb edilməyib, amma U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarında çıxış edib.
“Transfermarkt” internet-portalı 32 yaşlı italyan sağ cinah müdafiəçisi Davide Faraoninin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
Yaya Kallona gəlincə, syerraleoneli vinger əvvəllər “Savona” və “Cenoa”da çıxış edib.
Kallon cari mövsümün ilk yarısında veronalıların heyətində cəmi 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Yaya Kallon Syerra-Leone yığmasının heyətində hələ debüt etməyib.
“Transfermarkt” internet-portalı 22 yaşlı sağ vinger Yaya Kallonun transfer dəyərini 1,30 milyon avro məbləğində qiymətləndirir.


