“Verona”nın yeni baş məşqçisi bəlli oldu

İtaliyanın “Verona” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Eusebio Di Françesko çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Di Françesko ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Eusebio son olaraq “Kalyari”də baş məşqçilik edib. O, fevralda istefaya göndərilsə də, bu klubla müqaviləsinə ötən gün rəsmən xitam verilib. 51 yaşlı italyan məşqçi “Verona”da İvan Yuriçi əvəzləyib. Hansı ki, o, mövsüm başa çatan kimi bu klubdan ayrılıb və “Torino”nun baş məşqçisi təyin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: