İngiltərənin “Vest Hem” klubu 22 yaşlı belçikalı yarımmüdafiəçi Arne Engelsin transferini rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, London klubu Şotlandiyanın “Seltik” komandasından transfer etdiyi futbolçu üçün 22 milyon funt-sterlinq (26 milyon avro) ödəyib.
Engels tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Transfer məbləği İngiltərə futbolunun ikinci liqası olan Çempionşip üçün rekord göstərici olub.
Bununla da London klubu turnirin ən bahalı transfer rekordunu yeniləyib. Əvvəlki rekord cəmi bir il qüvvədə qalıb. 2025-ci ilin yayında “İpsviç Taun” Norveç millisinin hücumçusu Sindre Valle Egeli üçün 17,5 milyon funt-sterlinq ödəyərək həmin göstəricini müəyyənləşdirmişdi.
“Vest Hem”in Engels üçün ödədiyi 22 milyon funt-sterlinq əvvəlki rekordu 4,5 milyon funt-sterlinq üstələyib. Beləliklə, belçikalı futbolçunun transferi Çempionşip tarixində yeni maliyyə rekordu yaradıb.
22 yaşlı Engels “Seltik”də çıxışı ilə diqqət çəkib. Gənc yarımmüdafiəçi 2024-cü ildən formasını geyindiyi bu komandanın heyətində 100 oyuna çıxıb,17 qol vurub, 22 məhsuldar ötürmə verib.
“Brügge”nin yetirməsi olan futbolçu Almaniyada “Auqsburq”un da şərəfini qoruyub. Belçikalı vinger 2024-cü ildə ölkəsinin əsas millisində debüt edib və indiyə qədər 4 oyuna çıxıb.



