İngiltərənin “Vest Hem” klubu Avropa Konfrans Liqasının finalında azarkeşlərinin hoqqasına görə UEFA tərəfindən cəzalandırılıb.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
“Vest Hem”ə avrokuboklarda növbəti iki səfər oyununa bilet satışı qadağan edilib.
Əsas hadisə “Fiorentina” ilə final oyununun birinci hissəsində baş verib: “Çəkicdöyənlər”in azarkeşləri meydançaya plastik pivə stəkanaları atmağa başlayıblar. Stəkanlardan biri künc zərbəsini yerinə yetirmək üçün gedən “bənövşələr”in kapitanı Kristiano Biraginin başına dəyib. Şüşə italyan müdafiəçinin başının arxasına dəyib və qanaxma verib.
Xatırladaq ki, komandaların görüşü “Vest Hem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.


