“Real”ın braziliyalı hücumçusu Vinisius Junior qadınlardan ibarət Braziliya millisinin 38 yaşlı futbolçusu Marta haqda danışıb.
Arena.az CNN dərgisinə istinadən, braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən Marta haqqında deməliyəm ki, o, indiyə qədər qadın futbolunda oynamış ən böyük oyunçudur. Mənim ona böyük rəğbətim var, çünki düşünürəm ki, o, idmanı dəyişib və qadın futbolunu layiq olduğu səviyyəyə çatdırıb. Qadın futbolu hər gün inkişaf edir, Marta isə qabaqcıllardan biri idi. Ayrton Senna kimi. Braziliyada hər kəs üçün Pele kim idisə, Marta da bizim üçün odur. O, elə səviyyədədir ki, hər milyon insana bir belə biri olmaq düşür”, deyə Vinisius vurğulayıb.
Marta Braziliya millisində 204 oyun keçirib, 119 qol vurub. Klub səviyyəsində Marta 11 komandanın uğurları üçün çalışıb. Marta 6 dəfə dünyanın ən yaxşı qadın futbolçusu seçilib.



