Vitor Roke “Barselona” ilə müqavilə bağladı – Rəsmi

Futbol üzrə Braziliya milli komandasının və “Atletiko Paranaense” klubunun gənc hücumçusu Vitor Roke “Barselona”ya transfer olunub.

Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir.

18 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Klublar arasındakı razılığa əsasən, gənc forvard 2024-cü ilin 30 iyununa kimi “Atletiko Paranense”də oynamağa davam edəəck. O, gələn il iyulun 1-dən etibarən “Barselona”ya qoşulacaq. Müqavilə də məhz həmin gündən qüvvəyə minəcək.

İspaniya nəhəngi bu transferə görə Braziliya klubuna 40 milyon avro ödəyəcək. Kataloniyalılar artıq Rokeyə qiymət də qoyublar. 2013-ci ilə qədər onu transfer etmək istəyən hansısa klub buna görə 500 milyon avrosundan keçməlidir.

Vitor Roke “Atletiko Paranaense”yə 2022-ci ilin aprelində 4,7 milyon avro qarşılığında “Kruzeyro”dan keçib. Onun bu klubla müqaviləsi 2027-ci ilin may ayına qədər idi.

Roke “Atletiko Paranaense”nin heyətində 66 oyuna çıxıb, 22 qol vurub, 9 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: