Voleybol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.
Arena.az xəbər verir ki, yarış 2024-cü ildə keçiriləcək Avropa çempionatına seçmə xarakteri daşıyır.
Qrupda birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanaq.
Azərbaycan millisi 20-26 noyabr aralığında Latviyanın Dauqavpils şəhərində keçiriləcək çempionata hazırlığı davam etdirir. Azərbaycan Voleybol Federasiyasınınin idman zalında, eləcə də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan məşqlərə ümumilikdə 18 idmançı cəlb olunub. Şahin Çatmanın rəhbərlik etdiyi komandamız yarışa ən yaxşı 14 voleybolçu ilə yollanacaq.
Sonda Azərbaycan yığmasının bu yarışdakı oyunlarının təqvimini təqvim edirik:
20 noyabr
18:00. Latviya – Azərbaycan
21 noyabr
15:30. Azərbaycan – Ukrayna
22 noyabr
15:30. Estoniya – Azərbaycan
23 noyabr
15:30. Azərbaycan – Litva
24 noyabr
15:30. Polşa – Azərbaycan
26 noyabr
13:00. Azərbaycan – Gürcüstan


