Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Qızıl Avropa Liqasında mübarizəyə start verib.
Arena.az xəbər verir ki, yığmamız oyunları Bakıda keçirilən ilk turnirin açılış matçına çıxıb.
Faiq Qarayevin yetirmələri Macarıstanla üz-üzə gəliblər. Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Oyun rəqib komandanın üstünlüyü ilə keçib. Macarlar hər 3 setdə qalib gəliblər.
Qeyd edək ki, millimiz növbəti oyununu iyunun 1-də Slovakiyaya qarşı keçirəcək.
Avropa Qızıl Liqası
30 may
Macarıstan – Azərbaycan 3:0 (25:13, 25:22, 25:20)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.


