Belçika, Almaniya, İtaliya və Estoniyanın birgə ev sahibi olduğu voleybol üzrə Avropa çempionatına (AÇ-2023) yekun vurulub.
Arena.az xəbər verir ki, qitə birinciliyinin final oyununda Türkiyə və Serbiya milli komandaları üz-üzə gəliblər.
Qarşılaşma Belçikanın paytaxtı Brüsseldə baş tutub. Oyun 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb. Nəticədə qardaş ölkə yığması ilk dəfə Avropa çempionu olub.
Bürünc medalları üçüncü yer uğrunda görüşdə İtaliya millisini məğlub edən Niderland yığması qazanıb – 3:0 (25:23, 28:26, 25:20).
Xatırladaq ki, Serbiya və Türkiyə yığmaları Avropa çempionatının finalında ikinci dəfə üz-üzə gəliblər. 2019-cu ildə serbiyalılar üstün olmuşdular. Serbiya millisi üç dəfə Avropa çempionu olub.
Belçika, Almaniya, İtaliya və Estoniyanın birgə keçirdiyi bu Avropa çempionatında bütövlükdə 24 komanda iştirak edib. Qrup mərhələsində məhz Türkiyə yığması ilə eyni qrupda yer almış Azərbaycanın voleybol millisi 5-ci yeri tutaraq pley-offa yüksələ bilməmişdi.


