“Volfsburq” Polşa millisinin üzvünü transfer etdi

Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Polşanın “Lex” klubundan Yakub Kaminskini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Polşalı futbolçu yayda “Volfsburq”a qoşulacaq. Həmin vaxta kimi o, “Lex”də icarə əsasında çıxışını davam etdirəcək.

Yakub Kaminski “Lex”in öz yetirməsidir. Sol cinah vingeri olan futbolçu Polşa milli komandasına da dəvət alır. O, əsas yığmada 1 oyun keçirib.