Vüqar Mustafayev üçün 200-cü çempionat oyunu

Azərbaycan Premyer Liqasının 24-cü turunun “Kəpəz”lə oyunu “Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev üçün yubileylə əlamətdar olub. Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu Azərbaycan çempionatında 200-cü oyununa çıxıb.

Yarımmüdafiəçinin yubileyi Gəncə klubuna evdə 1:2 hesabı ilə məğlub olduqları matça təsadüf edib. Mustafayev ölkə çempionatında keçirdiyi 200 qarşılaşmada cəmi 2 qola imza atıb.

Xatırladaq ki, Vüqar Mustafayev Azərbaycan çempionatında 2013/14 mövsümündə “Bakı” klubunun heyətində debüt edib. Futbolçu karyerası ərzində elitada 5 komandanın şərəfini qoruyub. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da isə 87 oyuna çıxıb. Vüqar “Qarabağ” və “Zirə” ilə matçda fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: