“Whoscored” statistika portalı rəsmi saytında İngiltərə Premyer Liqasının başa çatmış 2022/2023 mövsümünün rəmzi komandasını açıqlayıb.
Arena.az xəbər verir ki, portal həm də futbolçuları müvafiq balla qiymətləndirib.
Turnirin ən yaxşı oyunçusu adına “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne layiq görülüb. De Bröynenin orta göstəricisi 7.6 baldır.
“Whoscored”ə görə İngiltərə Premyer Liqasının rəmzi yığmasını təqdim edirik:
Qapıçı: David Rayya (“Brentford”, 7.0 bal);
Müdafiəçilər: Kiran Trippyer (“Nyukasl”, 7.4), İtan Pinnok (“Brentford”, 7.1), Fabian Şer (“Nyukasl”, 7.0), Lyuk Şou (“Mançester Yunayted”, 6.9);
Yarımmüdafiəçilər: Bukayo Saka (“Arsenal”, 7.4), Kevin De Bröyne (“Mançester Siti”, 7.6), Bruno Fernandes (“Mançester Yunayted”, 7.4), Cek Qriliş (“Mançester Siti”, 7.3);
Hücumçular: Erlinq Haland (“Mançester Siti”, 7.5), Harri Keyn (“Tottenhem”, 7.5).


