Dünya Güləş Birliyi (UWW) Azərbaycanın 2 hakiminin – Xəyal Əliyev və Eldar Bayramovun kateqoriyasını yüksəldib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu il verdikləri imtahandan uğurla keçən Xəyal Əliyev və Eldar Bayramov ikinci dərəcəli beynəlxalq hakim ünvanına sahib çıxıblar. Bununla da bu kateqoriyada olan güləş referilərimizin sayı 6-ya çatıb.
Qeyd edək ki, hal-hazırda Azərbaycanın 23 beynəlxalq dərəcəli hakimi var.




