“Real”ın baş məşqçisi Xabi Alonso 2025-ci il FIFA Klub Dünya Kubokunun yarımfinal oyununda PSJ-yə məğlubiyyəti (0:4) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, 43 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“PSJ – zaman ərzində təsis edilmiş komandadır, biz isə mahiyyətcə, hələ indi başlayırıq. Cəsarətlə irəliləmək, daha yaxşı oynamaq demək deyil. Asan deyildi, biz özümüzü meydanda tapa bilmirdik, duyğularımız heç də ən yaxşı deyildi. Fasiləyə qədər üçüncü qolu da buraxmaq ağır idi. Biz əla formada olan rəqibə qarşı oynadıq, onlar çox yüksək səviyyədədirlər, başqaları necə əziyyət çəkiblərlərsə, biz də eləcə əzab-əziyyət çəkdik. Bizim, artım üçün məkanımız var, yaxşılaşdırmaq istədiyimiz çox şey var. Biz özümüzə özünütənqidlə yanaşmalıyıq, bu, bizə düşünmək üçün qida verəcək ki, gələcəkdə biz bugünkündən fərqli olaraq, daha da yüksək səviyyədə mübarizə apara bilək”, deyə Xabi Alonso vurğulayıb.
Beləliklə, İspaniya nəhəngi “Real” klublararası dünya çempionatı ilə vidalaşıb. Finala vəsiqə qazanmış PSJ isə həlledici oyunda “Çelsi” ilə qarşılaşacaq.
Xatırladaq ki, yarışın final oyunu iyulun 13-də ABŞ-ın Nyu-Cersi ştatının Bergen dairəsinin İst-Raterford borosunun “Metlayf” stadionunda keçiriləcək.


