“Real”ın baş məşqçisi, 43 yaşlı ispan mütəxəssis Xabi Alonso “qaymaqlılar”ın sükanı arxasına təyinatı ilə bağlı duyğularını paylaşıb.
Arena.az “Real”ın mətbuat xidmətinə istinadən, hazırda təqdimatı davam edən Xabi Alonsonun müvafiq açıqlamasını təqdim edir:
“Xoş gördük, madridçilər, mən artıq buradayam! Mən həyəcan və güc-qüvvətlə müşayiət edilən bu yeni dövrü başlamaqda elə xoşbəxtəm ki… Sizləri salamlayıram və “İrəli, Madrid!”.
Mən bu günü bütün ömrüm boyu xatırlayacağam. Bura mənim evimdir. Madridlə əlaqəm həmişə olub, yarım saat əvvəl isə mən Valdebebasa daxil olduqda, bu, canlanıb bərpa oldu. Bizim güc-qüvvətimiz var, mən isə “Real” azarkeşlərinin yeni dövrün başlamasından şad olduqlarını hiss edirəm. Biz qarşısıalınmaz ola bilərik. Mən ümidvaram və əminəm ki, bizdə hər şey alınacaq.
Mən sona çatmıış dövr, Karlo Ançelottini necə əvəzləməyim haqda danışmağa ara vermək istəmirəm. Karlo mənim məşqçim olub, böyük adam, görkəmli məşqçidir ki, məndə öz izlərini qoyub və güman ki, onun ustalığı və mənim ondan əxz etdiklərim omasaydı, mən burada olmazdım. Mən onun irsini böyük şərəf və qürurla qəbul edirəm.
Yeni imzalar? Bizim vəzifəmiz – oyunumuzun hər baxışında, heyətin planlanmasında həmişə tərəqqiyə can atmaqdır… Son vaxtlar mən klubla ünsiyyət və baxışlar qurmaq istəyirəm ki, ümumi rəyə gələ bilək. Bu, mənim tələblərlə gəlməyim demək deyil, doğrusu, mən təkmilləşmək üçün bir komanda olaraq işləmək istəyindəyəm.
Mən nə üçün klublararası dünya çempionatı ərəfəsində gəldim? Vəziyyət düzgün alındı. Mən bunu ikiqat imkan olaraq görürəm. Bir tərəfdən, irəliyə doğru hərəkət etmək, digər tərəfdən isə – daha bir qənimət uğrunda mübarizə aparmaq. Bu, bizim, ilk klub dünya çempionatımızdır, iddialarımız isə kor-kor, gör-gördür”, deyə Alonso vurğulayıb.
Xatırladaq ki, Xabi Alonso “Bayer”lə müqaviləsinə Leverkuzen klubu ilə qarşılıqlı razlıq əsasında erkən surətdə xitam verərək, “Real”ın sükanı arxasına keçib. Alonso “qaymaqlılar”ın baş məşqçisi vəzifəsində 65 yaşlı italyan mütəxəssis Karlo Ançelottini əvəzləyib. Ançelotti isə Braziliya millisinin sükanı arxasına keçib və mayın 29-dan etibarən “selesao”nun sükanı arxasında işə başlayacaq. Mütəxəssislər “Real”ın tarixində yeni dövrün başlandığı qənaətindədirlər.



