Madrid “Real”ının gənc hücumçusu Xakobo Orteqa bundan sonar Fransanın “Strasburq” klubunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Tərəflər arasındakı sövdələşmə 10 milyon avro təşkil edib. İspaniya mediası qeyd edir ki, bu, əsas komandada oyun keçirməyən “Real”ın öz yetirməsinin rekord satışıdır.
Xakobo Orteqa “Real”ın öz yetirməsidir. O, ötən mövsüm Madrid təmsilçisinin ikinci komandasında keçirdiyi 18 oyunda 6 qol vurub. Gənc hücumçuya doğma klubunun əsas komandasının heyətində debüt etmək qismət olmayıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.


