Xavi: “Barselona”nın dəyişikliklərə ehtiyacı olduğuna əminəm”

Cari mövsümün sonunda vəzifəsini tərk edəcək, “Barselona”nın baş məşqçisi Xavi hesab edir ki, Kataloniya klubunda dəyişikliklər gərəkdir.

Arena.az italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən Xavinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Gələcəklə bağlı qərarım dəyişməyəcək. Əminəm ki, bu klubun dəyişikliyə ehtiyacı var. İyun ayına hələ bir-iki ay qalıb, amma qərarımı zərurət hesab edirəm. Bu, mənə və əlbəttə ki, kluba ən uyğunudur”.

Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.

Məlum olduğu kimi, Xavi mövsümün başa çatması ilə “Barselona”dan ayrılacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: