Xavi “Barselona”nın ehtiyaclarından danışdı

Barselona”nın baş məşqçisi Xavi komandasının yarımmüdafiə xəttində gücləndirilməyə ehtiyacı olduğunu açıqlayıb.

Arena.az “Movistar”a istinadən Xavinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mənə yarımmüdafiə üçün iki oyunçu lazımdır. Bizə Buskets üçün əvəzedici gərəkdir, yüksək səviyyəli oyunçu ilə müqavilə bağlamalıyıq. Bizim həm də yaradıcı yarımmüdafiəçiyə və hücumçuya ehtiyacımız var”.

Xatırladaq ki, 2005-ci ildən komandada olan Serxio Buskets klubla 2023-cü il iyunun 30-da başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib. Klubu həm də müdafiəçi Jordi Alba tərk edib.

Vurğulayaq ki, 2021-ci ilin Noyabrında komandanın sükanı arxasına keçmiş Xavinin rəhbərliyi altında “Barselona” son dörd ildə ilk dəfə İspaniya çempionluğunu qazanıb. Xavi həmçinin İspaniya Super Kubokunun finalında kataloniyalılara əzəli rəqibi “Real” üzərində 3:1 hesablı qələbə qazandırıb.