Xavi “Barselona”nın “Las Palmas” üzərində qələbəsini şərh etdi

“Barselona”nın baş məşqçisi Xavi “blauqrana”nın La Liqanın 30-cu turunda “Las Palmas”la oyunda (1:0) çıxışından danışıb.

Arena.az “Barça Universal” dərgisinə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bugünkü qələbəmizdən məmnunam və razıyam, amma daha çox qol vurmalı idik. Bu gün hücumları bitirməkdə bir az daha səmərəli olsaydıq, asanlıqla qalib gələ bilərdik.

Bu gün daha bir “quru” oyunumuz var? Mövsümün əvvəlindən deyirəm ki, müdafiədəki bütün fəsadlarımız yalnız öz səhvlərimizdən qaynaqlanır. İndi müdafiədə oyunla bağlı vəziyyət yaxşılaşıb. Mövsümün ən vacib hissəsində bu xüsusu təkmilləşdirə bildik. Rəqib meydandan qovulmamış da, biz tez-tez topu geri qaytara bilirdik. Yüksək keyfiyyətli müdafiə uğurumuzun açarına çevrildi”, deyə Xavi vurğulayıb.

30 turdan sonra “Barsleona” 67 xalla La Liqanın yarış cədvəlində 2-ci, “Las Palmas” isə 37 xalla 12-ci pilləsində qərarlaşıb. La Liqaya 29 oyunda 72 xal toplamış “Real” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: