Xavi “Barselona”nın “Portu” üzərində qələbəsinə şərh verdi

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Portu” üzərində qələbəsini (2:1) şərh edib.

Arena.az “Sports.es” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Komandadan çox razıyam və şadam. Xüsusilə Avropa Liqasında iki illik uğursuz oyundan sonra bu, bizə gərək idi. Güclü komandaya qarşı yaxşı oyun keçirdik. Yaxşı reaksiya verdilər və qələbəyə köklənmiş çıxdılar. Hesabı bərabərləşdirən qol bizi çox sevindirdi və ikinci hissədə yaxşı səviyyədə çıxış etdik. Tədricən azdan çoxa keçə bildik. Biz irəliyə doğru çox mühüm addım atırıq və mən bunu təkcə ələmə mərhələsinə yüksəldiyim üçün demirəm”, deyə Xavi bildirib.

Xatırladaq ki, “Barselona” son 3 ildə ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Bundan əvvəl, kataloniyalılar ardıcıl iki dəfə qrup üçüncüsü olublar və Avropa Liqasına vəsiqə qazanaraq yekunda ələnib turnirdə mübarizəni dayandırıblar.

Bu, həm də Lionel Messinin “Barselona”dan ayrılmasından sonra Kataloniya təmsilçisinin ilk dəfə Çempionlar Liqasında qrup mərhələsini adladığı məqam kimi əlamətdar olub.

Hazırda “Barselona” “F” qrupunda 12 xalla liderdir və rəqibləri üçün əlçatmazdır, kataloniyalılar ələmə mərhələsinə vəsiqəni təmin ediblər. “Portu” və Donetks “Şaxtyor”u 9 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. Göründüyü kimi, qrup ikinciliyi uğrunda əsas mübarizə “Portu” ilə “Şaxtyor” arasında gedəcək. İlk oyunda Portuqaliya təmsilçisi 3:1 hesablı səfər qələbəsinə sevinib.
Qrupun autsayderi isə hər üç iddiaçı tərəfindən döyülüb, əzişdirilib “külbaş” edilmiş “Antverpen”dir, Belçika təmsilçisi xalsızdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: