Xavi çalışdırdığı ən yaxşı futbolçunun adını açıqladı

Barselona”nın baş məşqçisi Xavi məşqçiliyi müddətində çalışdırdığı və ən yaxşı hesab etdiyi futbolçu haqda danışıb.

Arena.az ESPN-ə istinadən xəbər verir ki, Xavi Qətərin “Əl-Sədd” klubunda çıxış edən veteran ispan yarımmüdafiəçi Santi Kasorlanı çalışdırdığı ən yaxşı futbolçu adlandırıb:

“Santi Kasorlanı “Barselona”ya transfer etmək istərdim. O, çalışdırdığım ən yaxşı oyunçudur. Belə oyunçular əvəzolunmazdır.

Kasorla – digər hamıdan çox futbola valeh edən, bu oyunu sevdirən oyunçudur, Messi, Buskets və İnyesta xaric. Santidə olan istedad, kimsədə yoxdur”.

Xatırladaq ki, Xavi və Kasorla Qətərdə “Əl-Sədd”in heyətində birlikdə çalışıblar.

2022/2023 mövümündə Xavinin rəhbərlik etdiyi “Barselon”a La Liqanı və İspaniya Super Kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: