Xavi Fermin Lopesin oyunu haqda fikrini bildirdi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 36-cı turunun “Almeriya” ilə oyununda (2:0) iki qol vurmuş Fermin Lopesdən danışıb.

Arena.az xəbər verir ki, ispan mütəxəssis gənc yarımmüdafiəçinin çıxışını yüksək qiymətləndirib:

“İki il yarım əvvəl Fermini bəyənmişdim. Görürəm ki, o, daha yetkinləşib, döyüşə hazırlaşıb. O, bizimlə inanılmaz tərəqqi əldə edir. Sizi inandırıram ki, o, uzun illərə əsas komandanın oyunçusuna çevriləcək”, deyə Xavi vurğulayıb.

Qeyd edək ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 40 oyuna çıxıb, 10 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Fermin 2023-cü ilin oktyabrından İspaniyanın U-21 yığmasında forma geyinir. O, bu komandanın heyətində 6 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: