Xavi Gündoğanı “Barselona”ya dəvət edir

Barselona” “Mançester Siti”nin və Almaniya yığmasının türkəsilli yarımmüdafiəçisi İlkay Gündoğanı heyətinə qatmağa yaxındır.

Arena.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

Mənbədən alınmış məlumata görə, Gündoğan bir neçə həftə qabaq Kataloniya klubu ilə şifahi razılıq əldə edib. Futbolçunun “Barselona” ilə üç illik müqavilə barədə razılığının “Mançester Siti” ilə müqavilənin bitməsi ilə qüvvəyə minəcəyi deyilir. Danışıqlarda “Barselona”nın baş məşqçisi Xavinin böyük rolu olduğu bildirilir. O, futbolçunu heç bir klubun “Barselona”ya bərabər ola bilməyəcəyinə inandırıb. Bununla yanaşı, Xavinin Gündoğana əsas heyətdə yer almağına zəmanət verdiyi də deyilir.

Daha əvvəl 32 yaşlı yarımmüdafiəçinin PSJ-nin maraq dairəsində olduğu bildirilirdi.

2022/2023 mövsümündə Gündoğan “Mançester Siti”nin heyətində 50 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə ötürmə ilə fərqlənib. O, “şəhərlilər”lə Premyer Liqanı və İngiltərə Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı Gündoğanı 25 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, qarşıda – iyunun 10-da Gündoğan və komandasını UEFA Çempionlar Liqasının finalında “İnter” sınağı gözləyir. “Mançester Siti” “trebl”ə iddialıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: