“Barselona”nın baş məşqçisi Xavi komandasının İspaniya Kral Kubokunun 1/4 finalında “Atletik”ə məğlubiyyətini (2:4) şərh edib.
Arena.az “Barça Universal” dərgisinə istinadən, Xavinin bu barədə fikirlərini təqdim edir:
“Biz fəxr edə bilərik. Çox çalışdıq və sona qədər mübarizə apardıq. Evdə çox güclü olan böyük komandaya qarşı çox yaxşı mübarizə apardıq. Bu, çox çətin rəqibdir. Bu barədə artıq danışmışam. Biz yenidən qurmalı və La Liqa və Çempionlar Liqası uğrunda mübarizə aparmağa çalışmalıyıq”, deyə Xavi bildirib.
Xatırladaq ki, oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda “Atletik” 2 qol vuraraq, oyunun taleyini həll edib.
Vurğulayaq ki, “Barselona” İspaniya Kral Kubokunda qalibiyyətlərin sayına görə rekordçudur. Kataloniya nəhənginin Kral Kubokunda 31 qalibiyyəti var.


