Xavi “Napoli” üzərində qələbəni şərh etdi

“Barselona”nın baş məşqçisi Xavi “blauqrana”nın ÇL-in 1/8 finalının cavab oyununda evdə “Napoli” üzərində qələbəsini (3:1) şərh edib.

Arena.az xatırladır ki, hər iki oyunun cəminə görə (ilk oyun: 1:1) 4:2 hesabı ilə qalib gəlmiş “Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

“Mən çox şadam. Əla oynadıq, bütöv oyun keçirdik. Komanda bütünlüklə gücünü qoydu. Biz bir çox məqamlarda üstünlük təşkil etdik. Mən komanda ilə çox fəxr edirəm.

İrəli bir addım atmalı idik – və biz məhz bunu etdik. Dörd ildən sonra Çempionlar Liqasının 1/4 finalına yüksəldik. Zövq almağın vaxtıdır. Çoxlu haqsız tənqidlər almışdıq. Bu gün komandanın Avropada rəqabətə hazır olduğu göstərildi”, – Xavi matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

İndi “Barselona”ya martın 15-də İsveçrənin Nyon şəhərində keçiriləcək 1/4 final mərhələsinin püşkatmasını gözləmək və gələcək rəqibinin kimliyini öyrənmək qalır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: