Xavi Premyer Liqada bir komanda çalışdırmaq arzusunu ifadə etdi

“Barselona”nın keçmiş baş məşqçisi Xavi yaxın gələcəkdə İngiltərə Premyer Liqa klublarından birində baş məşqçi olaraq çalışmaq istəyir.

Arena.az məlumat verir ki, “Sport.es” dərgisi bu barədə ispan mütəxəssisə yaxın mənbələrdən məlumat əldə edib.

Mənbənin məlumatına görə, Xavi İngiltərə Premyer Liqasının, özü üçün maraqlı bir layihə tapa biləcəyi bir liqa olduğuna inanır. Bununla belə, Xavinin növbəti il ərzində məşqçiliyə hələ qayıtmağı planlaşdırmadığı da vurğulanır.

Xatırladaq ki, mayın 24-də “Barselona” Xavini istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.

2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: