Xavi “Vilyarreal”a acı məğlubiyyəti şərh etdi

“Barselona”nın baş məşqçisi Xavi “blauqrana”nın İspaniya La Liqasının 22-ci turunda “Vilyarreal”la oyunda ev məğlubiyyətini (3:5) şərh edib.

Arena.az DAZN portalına istinadən, Xavinin bu barədə fikirlərini diqqətinizə çatdırır:

“Mən başa düşürəm ki, nəticənin günahı futbolçulardadır, amma mən məğlubiyyətə görə ən böyük məsuliyyəti daşıyıram. Biz ənənəni dəyişməliyik. Çempionat bizim üçün çox ağır keçir.
Oyuna gəlincə, biz qələbəyə layiq idik, ən çətinini etdik – 0:2-dən geri dönərək oyuna qayıtdıq. Bundan sonra top itkiləri başladı. 3:3 hesabı ilə biz gərəkli taktiki cərimə etmədik. Yekun nəticə oyun zamanı baş verənləri əks etdirmir.

Bu, ağır zərbədir. Komanda çox pis psixoloji vəziyyətdədir. Amma klubumuz daha çətin vəziyyətlərdən də çıxıb”, deyə Xavi bildirib.

Xatırladaq ki, “Barselona” oyunun gedişində 0:2 hesabı ilə geri olsa da, 3:2 hesablı üstünlüyü yaxalaya bilib. Sonra isə qonaqlar hesabı bərabərləşdirə biliblər. Oyuna əlavə edilmiş təzminat dəqiqələrində isə (90+9-cu və 90+12-ci dəqiqələrdə) “Vilyarreal” 2 qol vuraraq, səfər qələbəsini təmin edib.

Hazırda “Barselona” 21 oyundan 44 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Vilyarreal” 22 oyundan 23 xalla 14-cü pillədə yer alıb. La Liqaya 21 oyundan 54 xal toplamış “Real” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: