Xeronimo Rulyi “Vilyarreal”ı “Ayaks”a dəyişdi – 8 milyon avroya

Futbol üzrə Argentina milli komandasının qapıçısı Xeronimo Rulyi İspaniyanın “Vilyarreal” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı qolkiper La Liqa təmsilçisindən Niderlandın “Ayaks” klubuna transfer olunub.

Bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqaviləyə imza atıblar. “Ayaks” bu transferə görə “Vilyarreal”a 8 milyon avro ödəyib. Bonuslarla bu məbləğin 10 milyona çatması mümkündür.

Xeronimo Rulyi 2020-ci iln sentyabr ayındann “Vilyarreal”da forma geyinirdi. O, La Liqa təmsilçisində 80 matça çıxıb. Təcrübəli qolkiper daha öncə “Monpelye”, “Real Sosyedad”, “Mançester Siti”, “Deportivo Maldonado” və “Estudiantes” klublarında da olub. Argentina yığmasında cəmi 4 oyun keçirmiş futbolçu ötən ilin sonunda DÇ-2022-nin qalibi olub. O, “Vilyarreal”la Avropa Liqasının da qalibi adını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: