La Liqada mübarizə aparan “Xetafe” klubu İspaniya Kral Futbol Federasiyası tərəfindən 27 min avro məbləğində cərimələnib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Federasiyanın belə qərar qəbul etməsinə sözügedən komandanın azarkeşlərinin La Liqanın 30-cu turunda “Sevilya”ya 0:1 hesabı ilə uduzduqları matçda rəqib futbolçu Markos Akunyaya qarşı irqçilik etməsi səbəb olub.
Bundan əlavə, klub növbəti matçlarda bəzi sektorlara, təhqirlərin səsləndiyi tribunalara azarkeş qəbul edə bilməyəcək.
Xatırladaq ki, “Xetafe” bu mövsüm La Liqada keçirdiyi 30 oyunda 9 qələbə qazanıb, 11 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Komanda 38 xalla 11-ci pillədə qərarlaşıb.


