Xorvatiya yığmasının 39 yaşlı keçmiş dayaq yarımmüdafiəçisi Nikola Pokrivaç aprelin 18-də yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Arena.az bu barədə Xorvat Futbol İttifaqının (HNS) rəsmi saytına istinadən məlumat verir:
“2015-ci ildən Pokrivaç peşəkar futboldan ayırılmasına səbəb olmuş ağır xəstəliklə mübarizə aparırdı, amma tezliklə o, aşağı liqa klublarında futbol fəaliyyətini bərpa etmişdi, bu isə onun futbola tükənməz məhəbbətini ancaq təsdiqləyirdi”, – Xorvat Futbol İttifaqının nekroloqunda deyilir.
Müxtəlif mənbələr bildirirlər ki, Pokrivaç cümə günü, aprelin 18-də Karlovatsda dörd avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində həlak olub. Hadisə nəticəsində daha bir şəxs həlak olub, üç nəfər isə xəstəxanaya təxliyə edilib. Pokrivaçın, çıxış etdiyi, Xorvatiyanın aşağı liqasının təmsilçisi “Voyniç”lə məşqdən qayıtdığı zaman qəzaya düşdüyü bildirilir.
Nikola Pokrivaç futbolçu karyerası ərzində “Varteks” (“Varajdin”), “Medjimurye”, “Dinamo” (Zaqreb), “Monako”, “Zalsburq”, “İnter” (Zapreşiç), “Rieka”, “Şaxtyor” (Karaqanda), “Makkabi” (Petah-Tikva), “Slaven Belupo”, “Puşşa”, “Tiqar Sveta Nedelya” və “Voyniç”də çıxış edib.
Nikola Pokrivaç 2008-ci ilin may ayında debüt etdiyi Xorvatiya yığmasının heyətində 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Nikola Pokrivaç “Zalsburq”la Avstriya çempionu olub, həmçinin Xorvatiya çempionatının (“Rieka” ilə 1 dəfə, Zaqreb “Dinamo”su ilə 3 dəfə) və Xorvatiya Kubokunun (Zaqreb “Dinamo”su) hər birinidə dördqat qalibiyyət əldə edib.


