Xose Anxel Karmona “Sevilya”nı “Elçe”yə dəyişdi

İspaniyanın “Sevilya” klubunun müdafiəçisi Xose Anxel Karmona La Liqada iş yerini dəyişib. Arena.az xəbər verir ki, İspaniyadan olan 20 yaşlı sağ cinah müdafiəçisi bundan sonra “Elçe”nin uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Futbolçu satınalma şərti ilə 2023-cü ilin 30 iyununa kimi icarəyə verilib. “Elçe” yayda 5 milyon avro ödəməklə onun transfer hüquqlarını da almalıdır.

Xose Anxel Karmona “Sevilya”nın öz yetirməsidir. Müdafiəçi bu klubun əsas komandasında 17 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda İspaniyanın U-21 yığmasında çıxış edən futbolçu, daha öncə U-19-da da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: