Xose Bordalas Xavini “Xetafe” haqqında sözlərinə görə tənqid etdi

“Xetafe”nin baş məşqçisi Xose Bordalas “Barselona”nın baş məşqçisi Xavi Ernandesi səsləndirdiyi fikirləri müqabilində tənqid edib.

Arena.az bu barədə İspaniyanın məşhur “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Xose Bordalas İspaniya La Liqasının 1-ci turu çərçivəsində komandasının “Barselona” ilə oyunundan (0:0) sonra, kataloniyalıların baş məşqçisi Xavinin səsləndirdiyi fikirlərdən narazı qalıb.

O, Xavini hakimlərin “Xetafe”nin qayda pozuntularını bağışlaması haqda fikrinə görə tənqid edib və müvafiq mövqenin əsassız və yolverilməz olduğunu vurğulayıb:

“Düşünmürəm ki, Xavi belə sözlərlə İspaniya çempionatına kömək edir. Futbolun böyüklüyü ondadır ki, kiçik komanda “Barselona”dan xal qoparmaq iqtidarındadır. Aydındır ki, bu, Xavinin belə bir heyətlə, inanılmaz oyunçularla üç xal qazanmadıqlarını əsaslandırmaq üsuludur”, deyə Bordalas bildirib.

Xatırladaq ki, “Barselona” cari çempion adını daşıyır. Geridə qalmış 2022/2023 mövsümündə “Barselona” Xavinin rəhbərliyi altında 88 xal toplayaraq, La Liqa çempionluğunu qazanıb. “Xetafe” isə ardıcıl üç mövsümdür ki, La Liqanı 15-cı yerdə başa vurub, ötən mövsüm “şəhərlilər” 42 xal toplayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: