“Real”ın yeni transferi, 33 yaşlı veteran hücumçu Xoselu “Kral klubu”nda oynamasından doğan duyğularını paylaşıb.
Arena.az “Madrid Xtra”ya istinadən Xoselunun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Real”dakı kimi komanda yoldaşları ilə futbol oynamaq daha asandır. Mən buraya kömək etmək və gərək olanda öz töhfəmi verməyə həmişə hazır olmaq üçün gəlmişəm. Bütün hücumçular qol vurmağı xoşlayırlar və mən də burada məhz bunu etmək istəyirəm”.
Xatırladaq ki, Xoselu bu il iyulun əvvəlində icarə əsasında “Espanyol”dan “Real”a keçib. “Kral klubu” mövsümün sonunda Xoselunu transfer etmək hüququna malikdir.
2022/2023 mövsümündə o, “Espanyol”un heyətində 38 oyuna çıxıb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib.
İyulun 27-də “Real” ABŞ-da təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoldaşlıq oyununda “Mançester Yunayted”lə qarşılaşıb və “qırmızı şeytanlar” üzərində 2:0 hesablı inamlı qələbə qazanıb. Xoselu akrobatik tullanışla başı üzərində vurduğu gözəl zərbə ilə ikinci qolun müəllifi olub. Bu, Xoselunun madridlilərin heyətində vurduğu ilk qol kimi əlamətdardır.


